AFN-in baş redaktoru İqbal Ağazadənin yalanını açdı: “Etirafı mənə etmişdi...” - VİDEO - FOTO
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə rəqibi Rauf Arifoğluna qarşı kampaniyada istifadə etdiyi çirkin texnologiyaya yalan da əlavə etdi.
Belə ki, İ.Ağazadə həmin dairədən başqa bir namizəd – Qusardan olan Abbasov Rauf Çərkəz oğlunun özünün “projesi” olduğunu bu günlərdə məclislərin birində jurnalistə etiraf etsə də, Əvəz Zeynallının qonağı olarkən inkar edib. Aparıcının “Abbasov Rauf Çərkəz oğlu sizin projenizdirmi” sualına “Yox” deyə cavab verən İ.Ağazadəyə cavabı AFN (www.afn.az) xəbər portalının baş redaktoru Səbuhi Qafarov verib. “Toyda “Abbasov Rauf Çərkəz oğlu sizin projenizdir?” sualını İqbal Ağazadəyə mən vermişdim. Bir qrup tərəfdarı və jurnalistlərin yanında da kişi kimi etiraf etmişdi. Elə məhz kişi kimi etiraf etdiyinə görə də qucaqlayıb üzündən öpdüm. Bilsəydim ki, Əvəz bəyin verilişində etirafını danacaq, heç öpməzdim. Başqa sual da vermişdim. Naximovda yol çəkilişi ilə bağlı. Onu da dansa, daha sözüm yoxdur” – deyə jurnalist yazıb.
Musavat.com-a açıqlamasında isə S.Qafarov həmin söhbətin başqa detalları haqda danışıb: “Xatırlayırsınızsa, Naximov küçəsində “Yeni Müsavat” qəzetinin qaldırdığı problemlə əlaqədar yol çəkilişini İ.Ağazadənin adamları onun adına çıxmışdılar. Mən İqbal bəyə sual verdim ki, Naximovda yol çəkilişində bir qəpiklik də olsa iştirakınız varmı? Cavab verdi ki, heç yarım qəpik də yoxdur. Soruşanda ki, bəs niyə o işi öz adınıza çıxırdınız? Cavabı belə oldu ki, “bütün bunlar mənim seçki taktikamdır”. Bunu da danacaqsa, doğrudan da mənim ona deyəcəyim heç nə qalmır”.
[media=https://www.youtube.com/watch?v=GZjiAj8XRds&feature=emb_logo]