"Azərbaycan gəncliyi çoxsferalı inkişaf yolundadır" - Aqil Acalov




"Nitqlərinin birində "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik" deyən ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 1-də 2 fevral tarixinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzalamışdır. Bu ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi qayğı və diqqətdən irəli gələn addım idi".



AFN xəbər verir ki, bunu Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyin prezidenti Aqil Acalov 2 fevral Gənclər günü ilə bağlı deyib. Onun sözlərinə görə, Heydər Əliyevin təşəbbüsü ilə cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılmış, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib: "Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin uğurlu davamı olaraq bu gün ölkə başçısı İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən dövrün tələblərinə uyğun daha təkmil və geniş spektrli inkişaf siyasəti gənc nəslin inkişafına öz töhfəsini verməkdədir. Müstəqil dövlət quruculuğu prosesinin əsas prioritet məsələsini gənclərlə bağlı siyasətin yeni şəraitə və reallıqlara uyğun həyata keçirilməsi təşkil edir.
"Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir".
Bu gün dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilən gənclər siyasətinin uğurlu inkişaf planları əsasında ölkəmizdə və dünyada baş tutan tədbirlər dövlət başçısının gəncliyin hərtərəfli inkişafına xüsusi diqqət və qayğısının əsas göstəricisidir. Gənclərlə düzgün iş strategiyasının qurulması və bu istiqamətdə strategiyaya uyğun qarşıya qoyulmuş vəzifələrin dolğun şəkildə yerinə yetirilməsi nəticəsində bugün Azərbaycan gəncliyi çox sferalı inkişaf yolundadır və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Həmçinin idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur.
Və bu gün İlham Əliyevin apardığı uğurlu siyasətin birbaşa vətəndaşın sosial rifahına yönəldiyi göz önündə olduğu üçün bütün bu irəliləyişlərdən ilhamlanan Azərbaycan gəncliyi ölkə başçısının ətrafında sıx birləşib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu