Koronavirus körpəni atadan belə ayırdı - VİDEO
Çinin Uhan şəhərində karantinə alınmış körpənin görüntüləri sosial şəbəkədə izlənmə rekordu qırıb.
Görüntülərdə azyaşlının valideynini qucaqlamaq istəməsi öz əksini tapıb.
Çarəsiz valideyn isə körpəsi karantinə alındığı üçün onu ancaq şüşə arxasından görə bilib.
Körpəsini qucaqlaya bilməyən çinli valideynin görüntüləri izləyicilərin ürəyini sızladıb.
Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 17 min 245 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 361 nəfərə çatıb.
Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21 mini ötüb. İndiyədək 475 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan təxminən 2 min 300 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 350-si virusun aşkarlandığı və ən çox yayıldığı (11 min 777 nəfər) Xubey vilayətində qeydə alınıb.
Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 152 min nəfər müəyyən edilərək həkim nəzarəti altına alınıb.BAKU.WS