Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AFN xəbər verir ki, sərəncama əsasən, P.Bülbüloğlu Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə bu ordenlə təltif olunub.