Qeydiyyat yerini dəyişən seçicilərin nəzərinə! - Müddət sabah başa çatır




Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır.

AFN-in
secki-2020.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr Səsvermə gününə 3 gün qalanadək, yəni 2020-ci il fevralın 6-dək verilməlidir.

Fevralın 6-da həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu