Dünya şöhrətli Hollivud ulduzu 103 yaşında öldü - VİDEO




Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

Bu barədə aktyorun oğlu Maykl Duqlas deyib.

Qeyd edək ki, Kirk Duqlas kinoda bir çox rolları ilə məşhurdur. O, “Spartak” və “Detektiv tarixi” filmlərində rol alıb. Aktyor həmçinin on kitab müəllifidir.

Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.//BAKU.WS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu