Kamaləddin Qafarovun Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşləri davam edir - FOTOLAR




9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir. K.Qafarov fevralın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının iclas salonunda M.Ə.Rəsulzadə qəsəbəsinin Xutor yaşayış sahəsinin nümayəndələri ilə görüşmüşdür.



Kamaləddin Qafarov görüş iştirakçılarına son dövrdə ölkəmizdə baş verən mühüm ictimai-siyasi proseslər haqqında geniş məlumat vermişdir. O, bu il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi dərin məzmunlu çıxışını perspektiv proqram sənədi kimi dəyərləndirmişdir.

Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı təklif və rəylərini bildirmiş, K.Qafarovla ətraflı fikir mübadiləsi etmişlər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına ümid etdiyini bildirmişdir.

Görüşdə çıxış edən sakinlər dövlətimizin müxtəlif sahələrdə həyata keçirdiyi islahatları ürəkdən dəstəklədiklərini bəyan etmiş və fevralın 9-da seçki məntəqələrinə gedərək ən layiqli namizədə səs verəcəklərini bildirmişlər.






















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu