Deputatlığa namizəd Jalə Əliyevanın növbəti yalanı ifşa oldu - VİDEO




92-saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyevanın növbəti yalanı ifşa olunub.



Belə ki,eyni dairədən deputatlığa namizədliyini irəli sürən Vəkil Adəm Məmmədov Zərdab rayon Gödəkqobu kənddində sakinlərdən görüş zamanı kənd sakini Şərif Babayev 14-il deputat olmuş Jalə Əliyeva haqqında kəskin iradını söyləyib.Həmin an danışıqlar video lentə alınıb paylaşılmışdı.
04.02.2020-il Jalə Əliyevanın Zərdab şəhər Mədəniyyət mərkəzində məcbur gətirilən sakinlərdən keçirdiyi görüşdə Vəkil Adəm Məmmədovun ünvanına tənqidlər yağdırıb.Gödəkqobu kənd sakini Şərif Babayev görüşdə çıxış edərək bildirib ki,məlum videonu montaj ediblər, mən sizin yaxşı tərəfinizdən danışmışam onu niyə göstərmirlər?

Mən orda bildirdim ki,mən Rusiyada yaşadığım üçün uzun müddətdir ki,şəxsiyyət vərəqəsi ala bilmirdim. Siz birinci ili deputat seçiləndə sizə müraciət elədim və bir saat içində məsələ həllini tapdı.

Birinci videoda da, gördüyünüz kimi Şərif Babayevə heç bir təziq olmayıb o çox sərbəst fikirlərini ifadə edib.
İkinci videoda gördüyünüz kimi həmin şəxs səsləndirdiyi sözləri inkar edir.

Belə bir sual ortaya çıxır çox maraqlıdır bu insana bu qədər təziqi kimlər göstərib? Bəzi verilən məlumatlara görə, Jalə Əliyeva həmin adama pul təklif edib ki,gəlib camaatın içində dediklərini inkar etsin.

Deputatlığa namizəd Adəm Məmmədov Qanunla.az-a açıqlamasında bildirib ki,videoda göründüyü kimi sakinlər mənə belə danışmağa imkan verməyiblər.Bu Jalə Əliyevanın növbəti yalanının ortaya çıxmasıdı.

Qeyd edək ki, Jalə Əliyeva bu yaxınlarda Qoruqbağı kənddində seçicilərdən görüşündə, Milli Məclisdəki çıxışlarının birində Zərdab rayon Sarıqaya kənddinin qazlaşdırılması ilə etdiyi təklifə, Məlikli kənddinin adını videoya saxta əlavə edərək və Məlikli kənd sakinlərinə göstərmişdi.Beləliklə o kənd sakinlərini aldatmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu