Baş Prokurorluq Mehman Hüseynovun şikayəti ilə bağlı açıqlama yaydı
"Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib".
AFN-in məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deputatlığa namizəd Mehman Hüseynovun facebookda statusuna yazdığı şərhdə bildirib.
Qeyd edək ki, Mehman Hüseynov Fərəc Quliyevlə bağlı şikayətinin Baş Prokurorluqda baxılmadığını iddia edib.