Koronavirusla bağlı "Semaşko"da neçə nəfər var? - RƏSMİ




Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.


Fevral ayının 7-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfərvar. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

Qeyd edək ki, ötən gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər həkim nəzarətində idi.//Medicina.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu