İçərişəhərdə partlayış oldu - 5 yaralı
Bakıda qaz sızmasından partlayış baş verib.
Hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib. İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb. Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.
TƏBİB-dən verilən məlumata görə, hazırda təcili tibbi yardım avtomobilləri hadisə yerindədir. 3 nəfər Respublika Yanıq Mərkəzinə aparılıb.
Ətraflı məlumat veriləcək. (Qafqazinfo)