Məzahir Pənahovdan xəbərdarlıq: “Əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək"




“Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq”.



Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O, həmçinin 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində baş verən proseslərlə bağlı sosial şəbəkələrdəki məlumatlara münasibət bildirib:

“Əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək. Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”. (cebhe.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu