Mənzillərin dövlət qeydiyyatına alınmasına dair səyyar xidmət bu həftə paytaxtın 3 rayonunda keçiriləcək
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 10-14 fevral tarixlərində paytaxtın 3 rayonu üzrə istismarına icazə verilmiş binalarda təşkil ediləcək. Ümumilikdə 1111 mənzili əhatə edəcək qeydiyyat xidməti Binəqədi, Yasamal və Nərimanov rayonlarında göstəriləcək.
Mobil qeydiyyat ofisi Binəqədi rayonu üzrə fevralın 10-da Azadlıq prospekti, 204, 11 fevralda isə 9-cu mikrorayon, 3245-ci məhəllə, Cavadxan küçəsi, 4 A ünvanlarında mənzil sahiblərinin xidmətində olacaq. Kampaniya 12 fevralda Yasamal rayonu, D.Əliyeva küçəsi, ev 17 ünvanında, 13 fevralda Binəqədi rayonu, 8-ci mikrorayon İ.Dadaşov küçəsi, ev 71 c, 14 fevralda isə Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 1950-ci məhəllə ünvanlarında davam edəcək.
Mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı tələb edilir.