Beynəlxalq müşahidəçilər məntəqələrdə uyğunsuzluq müşahidə edib
Avropa gənclər təşkilatlarından ibarət seçki müşahidə missiyası Azərbaycanda parlament seçkilərini müşahidə missiyası layihəsi çərçivəsində 8-9 fevral tarixində Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Quba, Şamaxı, Qəbələ rayonlarında seçki prosesini müşahidə edib.
Correct.az xəbər verir ki, bu gün Hyatt Regency hotelində müşahidə missiyasının mətbuat konfransı keçirilib. Missiyanın üzvü Banks Peter Douglas (Birləşmiş Krallıq) bəzi məntəqələrdə bir neçə uyğunsuzluqlar müşahidə etdiklərini bildirib. Belə ki, bu kimi halların seçkinin şəffaflığına inamı azaltdığını söyləyib.
Qeyd edək ki, beynəlxalq seçki müşahidə missiyasına LYMEC, YPIDE International kimi beynəlxalq gənclər təşkilatlarının üzvləri daxildir.