"Bu şikayətlərin arxasında duran namizədlər..."- MSK sədrindən bəzi dairələrlə bağlı açıqlama




"9, 56, 82, 94, 106 və digər bir neçə dairə üzrə şikayətlər həmin Dairə Seçki Komissiyasının səlahiyyətində olduğuna görə, baxılması üçün müvafiq DSK-lara göndərilib".



"Qafqazinfo" xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Məzahir Pənahov deyib ki, bu şikayətlərin arxasında duran namizədlər narahat olmasınlar:

"Onlara çatdırın ki, bu şikayətlər DSK-da baxılmaqla bitməyəcək. Mənə elə gəlir ki, onlar qərardan narazı qalıb bizə müraciət edəcəklər. Biz də onları dəvət edib müzakirə aparacağıq və şikayətlərə birlikdə baxacağıq. Bunu vətəndaş bilməsə də, Milli Məclisin üzvü olmaq istəyən namizəd bilməlidir axı. Prosedur qaydalar belədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu