Türkiyədə məktəb direktorunu güllələyən mühafizəçi intihara cəhd etdi




Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda yerləşən məktəblərdən birində silahlı insident baş verib.

“Report” “Sözcü”yə istinadən bildirir ki, məktəbin mühafizəçisi tapançadan açdığı atəşlə təhsil müəssisəsinin direktorunu yaralayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Mühafizəçisi polisin təslim olmaq barədə çağırışına əməl etməyib və özünə atəş açaraq intihara cəhd göstərib. Nəticədə direktor və mühafizəçi ağır yaralanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, insident onlar arasında yaranan mübahisə zəmində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu