Bakıda kişi və qadın qonaq getdikləri evdə öldü




Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

Hadisə fevralın 20-də, paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü N.Cavadov və 1967-ci il təvəllüdlü A.Zeynalova qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb.//“Report”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu