Çində koronavirusdan ölənlərin sayı 2,5 min nəfəri ötdü
Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkədə virus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Məlumata görə, 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Bildirilir ki, gün ərzində virusdan 150 ölüm hadisəsi qeydə alınıb, 1 846 nəfər evə buraxılıb. Hazırda Çində 77 150 nəfər virus daşıyıcısıdır.