Xocalı soyqırımı qurbanlarının “Qobu Park”da işıqlı xatirəsi…




Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal bir tərzdə dəstək veriblər.



Fevralın 25-də gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI sözləri və soyqırımının baş verdiyi tarixi, soyqırımı qurbanlarının sayını, faciədən ötən müddəti ifadə edən 26 02 1992, 613, 28 rəqəmləri əks olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qobu Park”da təşkil edilmiş bu işıqlı anım aksiyası barədə videoçarx mediada və sosial şəbəkələrdə yerləşdirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu