Azərbaycan-Gürcüstan sərhədində koronavirusla bağlı yoxlama gücləndirilib




Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində koronavirusla bağlı yoxlamalar gücləndirilib.

“Report”un yerli bürosu xəbər verir ki, məntəqədən keçməklə Gürcüstana daxil olan bütün şəxslər tibbi heyət tərəfindən koronavirusla bağlı yoxlamadan keçirilir.

Azərbaycandan Gürcüstana gedən hər bir şəxsin hərarəti ölçüldükdən sonra ölkə ərazisinə buraxılır.

Yoxlamalar zamanı iki İran vətəndaşının Gürcüstana daxil olmasına icazə verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu