Kişi anasını və bacısını qətlə yetirdi




Gürcüstanın Duşeti rayonunun Çoporti kəndində qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, 45 yaşlı kişi anasını və bacısını odlu silahla qətlə yetirib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hadisənin digər detalları hələ məlum deyil.

Qətli törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən olunub və onun saxlanılması üçün müvafiq tədbirlər görülür.

Faktla bağlı istintaq başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu