Goranboyda əhaliyə zülm edilir: "Nizaməddin Quliyevin klanı iş başındadı" - PREZİNDENTƏ ŞİKAYƏT




Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu Goranboyda əhaliyə qarşı edilən haqsızlıqlarla bağlı ölkə başçısı prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.



AFN

müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab

Mikayıl Cabbarova

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri cənab

Samir Şərifova


Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu tərəflərindən vətəndaş hüquqlarının rayon

rəhbərliyi tərəfindən kobud surətdə tapdalanmasının araşdırılıb və qəti tədbir görülməsi tələbinə dair

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli cənab Prezident və nazirlər yazıb sizə bildiririk ki, illərdir Goranboy rayon icra hakimiyyəti tərəfindən əhaliyə qarşı çox böyük haqsızlıqlar edilir. Belə ki, yerli özünü idarəetmə orqanı olan Qızılhacılı bələdiyyəsini öz şəxsi obyektlərinə çeviriblər. Goranboyun keçmiş rüşvətxor icra başçısı Nizaməddin Quliyevin rayonda dərin kök salmış klanı hələdə aktiv fəaliyyətdədir. Nizaməddin Quliyevin idarə təşkilatlardan rüşvət topluyanı kimi tanınan Sadıqov Sərdar İltifat oğlu hələ də Goranboy rayon icra hakimiyyətində Ərazi İdarəetmə və Yerli Özünü İdarəetmə orqanları ilə iş şöbəsinin şöbə müdiridir. Bu harınlamış şöbə müdiri atası olan Goranboy Maliyyə İdarəsinin rəisi İltifat Sadıqovdan aldığı maliyyə hesabatlarından istifadə edərək bələdiyyə büdcəsinin və idarə təşkilatların büdcələrinin soyub-talamaqla məşğuldur.

Məsəl üçün Qızılhacılı bələdiyyəsinin büdcəsində olan 14500 manat seçki qabağı sirli şəkildə yoxa çıxmış yeni seçilən bələdiyyə sədrindən bu pulun silinməsi tələb edilmiş o isə onlarla razılaşmadıqda onun bələdiyyə sədri fəaliyyət göstərməsinə imkan verilməmişdir. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən öz "qanunlarını”həyəta keçirirlər buna ata-bala Sadıqovlar ən gözəl nümunədirlər. Sadıqovlar rayonda digər məhsul şəxslərlə əlbir olaraq saxta sənədlərlə büdcə vsaitlərinin talanması və digər qanuna sığmayan hərəkətləri eyni zamanda Bakıda və rayonda sahib olduqları əmlaklar hazırda rayonda aparılan apadlıq-quruculuq işlərində 3 nömrəli magistral yol idarəsi tərəfindən çəkilən rayonda daxili yollara ayrılan vəsait də Sadıqovların yaxşı "pay sahibi” olduğu hər kəs tərəfindən bilinən faktdır. Onların Goranboydaolan bütün dövlət layihələrində maliyyə maxnasiyalarını ustalıqla həyata keçirirlər. Sadıqovlar rayonu çapıb-talamaq hesabına rayonda villa Bakıda evlər və obyektlər Bakı -Gəncə yolunun kənarında Buta mebel salonu, Çinar şadlıq evi və restoranı,Həmənli kəndində heyvandarlıq ferması və torpaq sahəsi "Lexus” və "BMV” markalı 22 -222 kimi zerkalnı nömrə daşıyan avtomobilləri daşıdıqları vəzifə ilə aldıqları 600-700 manat maaşla heç cür uyğun gəlmir. Bütün bu faktlar Goranboy rayon İcra Hakimiyyəti başçılarının Gözü qarşısında və himayədarlığı ilə həyata keçirilir. Bu səbəbdən korrupsiyaya qurşanmış Goranboy rayon İcra Hakimiyyətinin məsul işçilərinin himayədarlığı ilə əhaliyə məxsus asudə örüş sahələri su tutarları, parklar və idman meydançaları bir qrup himayəli şəxslər tərəfindən tamamilə zəbt edilib, suvarılması həyəta keçirilən örüş sahələri ucbatından əhali üçün nəzərdə tutulan suvarma və içməli su illərdir su görməyən şoran örüş torpaqlarına axıdılır. Bu səbəbdən indiyə qədər əhali onlara verilmiş pay torpağını suvara bilməmiş əhali və mal-qara üçün nəzərdə tutulmuş içməli su bir qrup imkanlı şəxslərin varlanması üçün istifadə edilmişdir. Bu barədə kənd əhalisi tərəfindən kollektiv şəkildə yuxarı təşkilatlara səkkiz ünvan olmaqla müraciət edilmişdir. Əfsuslar olsun ki, müraciətdə göstərilən faktların hamısı öz təsdiqini tapsa da bu faktlar rayon rəhbərliyinin tapşırığı ilə ört-bastır edilmişdir.

Hörmətli cənab prezident, Goranboy rayon rəhbərliyi Qızılhacılı qəsəbə bələdiyyəsini illərdir soyub-talayır. Azərbaycanda gedən geniş quruculuq işlərindən Qızılhacılı bələdiyyəsinə ayrılan vəsait bu xəyənətkar məmurların fəaliyyəti nəticəsində mənimsənilmiş, nəticə olaraq qəsəbəmiz inkişafdan geri qalmışdır. Bələdiyyə büdcəsinə toplanan vergilər dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi az imiş kimi aqrar islahat komissiyası tərəfindən əhali üçün ayrılmış asudə örüş sahələri, parklar, idman meydançaları, bağlar, meşə zolaqları, su tutarları, zibil tökülməsi üçün nəzərdə tutulan ərazi və elat yolları bir qrup tərəfindən qanunsuz olaraq zəbt edilmiş və bunun nəticəsi olaraq əhali nəyin ki, mal-qarasını otarmağa yer tapmır, hətta içməli su üzünə həsrət qalıb. Bütün bu halllar rayon icra başçısı Məhərrəm Quliyevin, işi bələdiyyələrə nəzarət olan Gəncə Regional Ədliyyə İdarəsinin rəisi Kəmaləddin Həsənovun gözü qarşısında və nəzarəti altında baş verir. Xüsusi olaraq onu qeyd etmək istəyirik ki, 12 mindən artıq əhalisi olan Qızılhacılı qəsəbəsini əvvəllər içməli su ilə təmin edən su kəmərləri sökülüb satılıb, əhali isə susuz qalıb. Bütün bunların nəticəsi olaraq Qızılhacılı bələdiyyəsinə yeni seçkilərdə sədr olaraq seçilmiş Mehman İsayev bələdiyyə sədri kimi fəaliyyət göstərilməsinə imkan verilməmiş keçmiş bələdiyyə sədrləri tərəfindən talanıb-soyulmuş heç bir sənədi olmayan, ancaq ayağında on minlərlə manat yeyinti olan bələdiyyəni təhvil almaqdan imtina edərək cəmi on gündən sonra ərizə yazaraq işindən ayrılmışdır.

Hörmətli cənab prezident, yazdıqlarımız bütün bu faktlar işin qısa təfsilatıdır. Bu faktlarla bağlı tədbir görəcəyinizi ümid edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu