Azərbaycan İran gəmilərinin limanlara girişinə məhdudiyyət qoydu - RƏSMİ




Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindənİran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.


AFN xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib.

Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımı tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu