Millət vəkili Prezidentə təşəkkür etdi: "Minlərlə insan sevinir"




"Cənab Prezident, Sizə öz adımdan və seçicilərim adından dərin təşəkkürümü bildirirəm".



Millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevə Tovuzun 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. AFN xəbər verir ki, millət vəkili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 15,8 milyon (on beş milyon səkkiz yüz min) manatının qeyd edilən yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması ilə bağlı Prezidentin sərəncamının insanlarda böyük sevinc və minnətdarlıq hissi yaratdığını qeyd edib: "Bu məsələ ilə bağlı bir neçə dəfə Milli Məclisdə danışmışdım, müvafiq qurumlara seçicilərimin bu məsələ ilə bağlı problemini çatdıraraq həllini xahiş etmişdim. Cənab Prezidentimiz hər zaman olduğu kimi, vətəndaşlarımızın müraciətini yüksək səviyyədə dəyərləndirərək minlərlə insanımızı narahat edən bu problemi aradan qaldırdı. Var olun! Hər zaman Tovuzlular yanınızdadır!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu