Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi





Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan istefa verib.

“Report” “Novosti-Armeniya”ya istinadən bildirir ki, o, işdən çıxdığına dair ərizə yazdığını “Facebook” səhifəsində elan edib.

“23 il ərzində hərbi strukturların birində xidmət etməyi arzulamışam. Silahlı qüvvələr sahəsində xidmət edəcəyimə şadam”, - deyə o yazıb.

Qeyd edək ki, Arsrun Ovannisyan 2012-ci ilin iyulunda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi təyin edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu