Prezident İlham Əliyev Canəli Əkbərovu təltif etdi




Prezident İlham Əliyev Canəli Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AFN xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, C.Əkbərov 1940-cı ilin martın 10-da anadan olub. Sabah onun 80 yaşı tamam olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu