Ukrayna hökuməti ölkə ərazisində karantin tətbiq edir
Ukrayna Nazirlər Kabineti martın 12-dən aprelin 3-dək ölkə ərazisində təhsil müəssisələrinin bağlanmasını, kütləvi tədbirlərin qadağan edilməsini və bir sıra ölkələrlə hava əlaqəsinin dayandırılmasını özündə ehtiva edən karantin rejimi tətbiq edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın Avropa Həmrəyliyi Partiyasından olan deputatı Viktoriya Syumar məlumat verib.
Onun sözlərinə görə, sabahdan Ukraynada idman və mədəniyyət tədbirləri ilə əlaqədar 200-dən çox insanın kütləvi toplaşması qadağan ediləcək.
“Kütləvi toplaşmalara qoyulan qadağa dövlət əhəmiyyətli tədbirlərə aid olmayacaq”, - deputat bildirib.
Nazirlər Kabinetinin qərarı sərhəddəki əksər nəzarət-keçid məntəqələrinin bağlanmasını da nəzərdə tutur.
“219-dan 49-u qalacaq”, - deputat qeyd edib. Beləliklə, hökumətin qərarı dövlət sərhədinin tam bağlanmasını nəzərdə tutmur.