İnternat məzunlarının cəmiyyətə inteqrasiyası ilə bağlı layihə yekunlaşıb




"İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsi uğurla başa çatıb.



İB-dən AFN-ə verilən məlumata görə, layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir. Layihədən Mərdəkan qəsəbəsi 2 saylı inrernat məktəbindən 45 şagird , Maştağa qəsəbəsi 1 saylı internat məktəbindən 40 şagird, Buzovna qəsəbəsi 8 saylı internat məktəbindən 40 şagird, Günəşli qəsəbəsi 2 saylı uşaq evindən 26 şagird, həmçinin uşaq evləri və internat məktəblərini bitirmiş 30-a yaxın gənclə birlikdə ümumi 180 nəfərdən çox gənc faydalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu