YAP-da xüsusi iclas keçirildi - YENİLƏNİB




Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib.

İclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.

İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.


****

“Bu gün saat 15:00-da Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi iclası keçiriləcək”.

Bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O təklif edib ki, bununla əlaqədar Milli Məclisin iclası fasiləsiz keçirilsin.

Spiker daha sonra deputatları reqlamentə uyğun hərəkət etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu