Bakıda ticarət mərkəzləri də bağlanır?




Sabahdan Azərbaycanda tətbiq olunacaq xüsusi rejimlə əlaqədar ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçiriləcək.



Bu barədə "Qafqazinfo" Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir.

Bundan başqa, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin də fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq. Tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu