İcra başçısı müavinini işdən çıxarıb
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müavinini işdən çıxarıb.
Rayon başçısı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Samir Neymətovu vəzifəsindən azad edib.
Bundan başqa, Köhnə Xudat inzibati ərazi dairəsi üzrə nümayəndə Şölə Mirzəyeva və Qalağan inzibati ərazi dairəsi üzrə nümayəndə Turabova Vahidə yaş həddinə görə vəzifələrindən azad edilib.(Qafqazinfo)