Deputatların operativ qərargahda təmsil olunması təklif edildi
Azərbaycanda deputatların Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunmasını təklif edilib.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirlən iclasında çıxış edib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah çox ciddi adımlar atır: “Bu addımlar bütün ölkə vətəndaşları tərəfindən dəstəklənir”.