Deputatların xarici ölkələrə səfərləri müvəqqəti dayandırıldı
Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb.
Bu, Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncamında əksini tapıb.
Sərəncamda nəzərdə tutulan tədbirin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.