Xocalı RİH: “Aynurə Abışova qanunun tələblərini pozduğu üçün işdən azad edilib”




Xocalı rayon İcra Hakimiyyətindən qurumun sabiq əməkdaşı Aynurə Abışovanın şikayətilə bağlı mövqe açıqlanıb.



RİH-in AFN-ə təqdim etdiyi mövqe yazısında bildirilir ki, Abışova Aynurə Eyvaz qızına “Dövlət qulluğu haqqında qanun”u və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun”un müvafiq maddələrini kobud şəkildə pozduğu və rəhbərliyə tabeçilik göstərmədiyi üçün iki dəfə töhmət verilib: “Abışova Aynurə Eyvaz qızı 21.08.2015-ci il tarixdə və 24.10.2017-ci il tarixdə verilən töhmətlərdən nəticə çıxarmayaraq etdiyi kobudluqları dəfələrlə təkrar etdiyi üçün “Dövlət qulluğu haqqında qanun”un və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun”un müvafiq maddələrinə əsasən 17.09.2018 - ci il tarixdə tutduğu vəzifədən azad edilib.
Hal-hazırda iş məhkəmə prosesindədir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən 03.03.2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində Xocalı rayon İcra Hakimiyyətinin iddiası təmin edilib.
Həmçinin onu da qeyd etmək istəyirik ki, kassasiya şikayəti ərəfəsində Abışova Aynurə Eyvaz qızı 13.12.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbula dəvət olunub, ona Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində nümayəndənin müavini vəzifəsi təklif edilib. Abışova Aynurə Eyvaz qızı bu barədə düşünmək üçün saat 1500-dək vaxt istəyib, daha sonra öz fikrini bildirəcəyini qeyd edib. Həmin tarixdə Abışova Aynurə Eyvaz qızının iş vaxtı bitənədək fikrinin öyrənilməsi üçün gözlənilib, ancaq o heç bir vasitə ilə yekun fikri barədə məlumat verməyib. Bir neçə gün sonra isə Xocalı Rayon İcra Hakimiyyəti başçısının aparatına gələrək icra başçısı qarşısında qeyri-etik normalarla bəzi şərtlər qoyub və qeyd edib ki, əgər başçı öz vəsaiti hesabına mənə 10.000 manat pul vəsaiti ödəyərsə, təklif olunan həmin vəzifəni qəbul edərəm”.
Qeyd edək ki, RİH-dən gələn mövqe yazısında A.Abışovanın atası Eyvaz Abışovun şəhid olmadığı ilə bağlı iddialar da əksini tapıb. Məsələ tərəfimizdən araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu