Xəzərin cənub sahilində monitorinq keçirilib




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Lənkəran, Astara və Masallı rayonlarının Xəzər sahili ərazilərində keçirilib.



Nazirlikdən AFN-ə verilən məlumata görə, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb və Xəzərə axıdılan tullantı sularda çikləndirici maddələrin miqdarı normadan artıq olub. İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, aparılan monitorinq zamanı məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları heç bir təmizləmə prosesi keçmədən sahil zolağına, oradan da dənizə axıdılır. Eyni zamanda, bir çox bələdiyyə ərazilərində formalaşan bərk məişət tullantılarının da təbii axarlara atıldığı aşkar edilib.
“Masallı rayonunda da vəziyyət eynidir. Monitorinq zamanı rayonda formalaşan tullantı sularının yeni istismara verilmiş bioloji təmizləyici qurğuda düzgün təmizləmə prosesi keçmədiyi və Viləşçay vasitəsilə dənizə axıdıldığı məlum olub”.
N.Babaşova Astara rayon təsərrüfatında formalaşan tullantı sularının da Pensərçay və Kələdəhnə çayları vasitəsilə Xəzər dənizinə axıdıldığını bildirib.
O qeyd edib ki, qarşıdan çimərlik mövsümü gəlir, bunu nəzərə alaraq hər bir çirkləndirici çirkab suların dənizə axıdılmasının qarşısının alınması üçün tez bir zamanda zəruri tədbirlər görməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu