AZAL sərnişinlərə müraciət edib




AZAL sərnişinlərə müraciət edib.


"Azərbaycan Hava Yolları" nın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofisləri bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: "www.azal.az rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə callcenter@azal.az e-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur. Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu