Bakı polisi: "Operativ Qərargahın qərarına əsasən heç bir iaşə obyekti işləməyəcək"




Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) gücləndirilmiş xüsusi karantin rejimində paytaxt ərazisində bərbərxana və gözəllik salonlarının iş fəaliyyətinin necə tənzimlənəcəyini açıqlayıb.



Qurumun mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əsasən, ölkədə supermarketlər və apteklərdən başqa heç bir ictimai iaşə obyekti fəaliyyət göstərə bilməz:

"Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrasına tam şəkildə nəzarət edir. Qadağaları pozanlarla bağlı müvafiq tədbirlər görüləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu