45 manata zəncəfil... - Nazirilik rəsmisindən qiymət açıqlaması




"Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin formalaşmasında iştirak etmir".



Bunu Qaynarinfo-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov sosial şəbəkədə zəncəfilin qiymətində baş verən kəskin artımdan danışarkən deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin belə bir funksiyası yoxdur:

"Bu bizə aidiyyatı olan məsələ deyil. Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin formalaşmasında iştirak etmir. Nazirliyin belə bir funksiyası yoxdur. Bu, sərbəst bazardır. Sosial şəbəkədə həmin şəkilləri mən də gördüm. Bu gün bir neçə marketə baxış keçirdim. Orda zəncəfilin qiyməti 9 manat 60 qəpik idi. Niyə belə baha qiymətə satırlar? Bunu artıq satandan soruşmaq lazımdır".

Qeyd edək ki, sosial şəbəkədə zəncəfilin qiymətinin kəskin başalaşması ilə bağlı məlumatlar, bazar və marketlərdən çəkilən fotolar yayılır. Həmin fotolardan zəncəfilin 1 kloqramının 45 manata satıldığı görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu