Ermənistan ordusunda koronavirusa yoluxanların sayı artır




Ermənistan silahlı qüvvələrinin daha bir hərbçisi koronavirusa yoluxub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yayıb.

Onun sözlərinə görə, hərbçi təcrid edilib.

Mətbuat katibi orduda virusa 6 nəfərin yoluxduğunu da qeyd edib.

Xatırladaq ki, indiyədək Ermənistanda 482 nəfər koronavirusa yoluxub, 3 nəfər isə ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu