Bakıda xüsusi karantin rejimini pozan şəxslər cəzalandırılır




Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq paytaxt ərazisində tədbirlər davam etdirilir.

"Report"un xəbərinə görə, xüsusi karantin rejim tədbirlərinin gücləndirilməsi məqsədi ilə Bakı şəhər ərazisində polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik tədbirlər aparılır.

Belə ki, xüsusi karantin rejim qaydalarını pozan şəxslərə inzibati tənbeh tədbirləri tətbiq olunur.

Polis tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu hərəkətlərdən nəticə çıxarmayan şəxslərlə profilaktik söhbətlər edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu