Rusiyada son sutkada koronavirusa yoluxanların sayı kəskin artıb




Rusiyada daha 771 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, yeni yoluxmalar ölkənin 29 bölgəsində qeydə alınıb. Yoluxmaların əksəriyyəti Moskvada qeydə alınıb.

Beləliklə, Rusiyada koronavirusa yoluxanların rəsmi sayı 3 548 nəfərə çatıb. Yoluxmalar ümumilikdə 76 bölgədə aşkarlanıb.

Ölkədə koronavirus qurbanlarının sayında da artım müşahidə edilib. Belə ki, son 24 saatda ölkədə 6 nəfər koronavirusdan ölüb. Beləliklə, ölkədə virus qurbanlarının sayı 30-a yüksəlib.

Bundan başqa, son sutkada ölkə ərazisində 45 nəfər koronavirus infeksiyasından sağalıb. Bildirilir ki, koronavirusdan sağalmaların ümumi sayı 235-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 937 160-ı ötüb. Bunların 195 143 nəfəri sağalıb, 47 267 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu