ÜST-dən xəbərdarlıq - Xəstə deyilsinizsə, maska taxmayın




Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstə olmayanların maska istifadə etməsinin koronavirusla mübarizədə faydadan çox, əlavə risk yaratdığı xəbərdarlığını edib.



ÜST-ün Təcili Yardımlar Mərkəzinin direktoru Maykl Rayan qoruyucu maskalardan istifadənin koronavirusla mübarizədə heç bir yararının olmadığını deyib.

"Virus maskanın yanlış şəkildə çıxarılması ilə də yayıla bilər. Bu halda maskalar əlavə risklər yaradır. Buna görə də xəstə deyilsinzsə, maskalardan istifadə etməyin", - Rayan bildirib.

Mütəxəssislər bildirir ki, tibbi maskaları yalnız xəstə insanlar və onlara baxanlar taxmalıdır. (Teleqraf.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu