Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin - SİYAHISI




Azərbaycanda koronavirus pandemiyası ilə hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb.

AFN həmin siyahını təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);

dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

kütləvi informasiya vasitələrinin əməkdaşları;

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu