Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər - FOTOLAR




Ölkəmizdə koronavirus(COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti bütün zəruri addımları atır, təxirəsalınmaz tədbirlər həyata keçirir.



DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, ilk gündən bu infeksiyanın yayılmasının qarşısının alınmasında fədakar xidməti ilə seçilən gömrük əməkdaşları daha bir nümunəvi addım ataraq aztəminatlı ailələrə yardım ediblər.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunun əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar Balakən rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Gömrükçülər sözügedən ailələrə ərzaq məhsulları verib, eləcə də onlarla profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi ilə əlaqədar evdə qalmalarını tövsiyə ediblər.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu