İspaniyada pandemiya qurbanlarının sayı 13 mini ötdü




İspaniyada koronavirusdan ölənlərin sayı 13 055-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son sutkada ölkədə 637 nəfər virusdan dünyasını dəyişib.

Bildirilib ki, bu, martın 24-dən bəri günlük ən aşağı ölüm göstəricisidir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 278 000-i ötüb. Bunların 266 732 nəfəri sağalıb, 69 757 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu