Daha 10 min işsizə birdəfəlik vəsait ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Bu barədə ƏƏSMN-dən bildirilib. Nazirlikdən verilən məlumata görə, bu barədə onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndəriləcək: "Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt” MMC qeyd edilibsə - istənilən poçt şöbəsinə, SMS-də bank göstərilibsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Dünəndən işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına başlanıb və ötən gün də 10 min şəxsə ödəniş edilib”.
"İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edəcək və digər işsiz şəxslər də bu dəstəklə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilir.