Bakının bəzi ərazilərində işıq olmayacaq




Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində 14.04.2020-ci il tarixində saat 11.30-dan 16.00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.



"Azərişıq" ASC-dən AFN-ə verilən məlumata görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu