Pasxada terror törətmək istəyənlər öldürüldü




Misirin hüquq-mühafizə orqanlarının əməkdaşları Qahirədə xristian dünyasının ən böyük bayramlarından biri - Pasxada terror aktı törətmək istəyən yeddi yaraqlını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qahirənin sıx məskunlaşdığı ərazilərdən birində terrorçu hücrənin yerləşdiyi mənzilə hücum zamanı, Milli Təhlükəsizlik Müdirliyinin polkovniki Məhəmməd əl-Hufi öldürülüb, bir polis əməkdaşı yaralanıb.

Hücumdan sonra asayiş keşikçiləri mənzildə altı pulemyot, habelə döyüş sursatı tapıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu