Azərbaycan I rübdə 3,5 mlrd. ABŞ dolları dəyərində neft ixrac edib





Bu ilin I rübündə Azərbaycan 7,576 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3,523 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neftin Azərbaycanın ümumi ixracında payı 83,74% olub.

Bu ilin I rübündə ixrac edilən məhsulun miqdarı ötən ilin müvafiq dövründən 1,6%, dəyəri isə 0,3% azdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu