Dövlət Dəniz Agentliyinin kollektivindən Mehriban Əliyevanın təşəbbüsünə dəstək
Dövlət Dəniz Agentliyinin kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü xoş təşəbbüsə qoşularaq karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verirlər.
Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, qanvermə aksiyası karantim rejiminin tələblərinə uyğun olaraq xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilir.